AZ

Azərbaycanın iri bankından 5 milyon dollarlıq istiqraz - ŞƏRTLƏR

Aktivlərinin həcminə görə, Azərbaycanda 5-ci böyük bank olan "Bank Respublika" ASC istiqraz yerləşdirilməsi yolu ilə 5 milyon dollar cəlb etməyi nəzrədə tutur. 

Marja.az xəbər verir ki, "Bank Respublika" hər birinin nominal dəyəri 1000 dollar olan 5000 ədəd faizli, sənədsiz, adlı, təmin edilməyən istiqrazlar buraxır. 

İstiqrazlar üzər illik faiz dərəcəsi 8,5%, tədavül müddəti 8 il, kupon faizinin ödənişi periodu hər ayda bir dəfədir. 

Şərtlərə görə, istiqrazlar yerləşdirildiyi tarixdən 3 il sonra Emitent tərəfindən geri alına bilər.

Buraxılış üzrə anderrayter "ABB-İnvest İnvestisiya Şirketi" QSC-dir.

Seçilən
3
1
marja.az

2Mənbələr