AZ

İsrail Qəzzaya su və elektrik enerjisinin verilməsini kəsir

"Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının birinci mərhələsinin sona çatmasından sonra Qəzza zolağına humanitar yardımın girişini dayandıran İsrail, bölgəyə su və elektrik enerjisinin kəsilməsini də nəzərdən keçirir".

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İsrail Baş nazirliyinin sözçüsü Ömər Dostri deyib.

Dostri İsrail ordusu radiosuna verdiyi açıqlamada, İsrailin HƏMAS-a təzyiq etmək üçün bəzi addımlar atacağını və hücumların yenidən başlaması üçün hazırlıq gördüyünü bildirib.

O qeyd edib ki, İsrail ABŞ ilə tam koordinasiya şəraitində mümkün qədər çox israilli məhbusu sağ-salamat xilas etmək istəyir.

"HƏMAS-a təzyiq göstərmək üçün bir sıra tədbirlərimiz var. Eyni zamanda biz hərbi yolla müharibəyə qayıtmağa hazırlaşırıq. Qəzzaya su və elektrik enerjisinin kəsilməsi ehtimalını istisna etmirik".

Seçilən
26
operativmm.az

1Mənbələr