AZ

Pakistanın logistik şirkətinin rəhbəri Hövsan Limanında - Fotolar

Ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının “Faisal Movers Group” şirkətinin idarə heyətinin sədri Xavaca Əhməd Şəhzad, Beynalxalq biznes və lahiyələr qrupun rəhbəri Vəqar Haider  Malik və şirkətin bir qrup nümayəndəsi  “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-də səfərdə olub.

Qonaqları Hövsan Limanının baş direktoru Rəşad Daşdəmirov qarşılayıb.

Limanı ziyarət edən nümayəndə heyətini liman ərazisində infrastrukturla, limanın yükaşırma texnikaları və limanda yük daşımaların təşkili ilə tanış edib. 

Şimal-cənub, Şərq-qərb (Orta koridor) və əks istiqamət üzrə yüklərin daşınmasında Hövsan limanın coğrafi mövqeyinin əhəmiyyətindən məlumat verilib.

Liman haqqında hazırlanmış video çarx nümayiş etdirildi. Eyni zamanda iki ölkənin şirkətləri ilə iş birliyinin yaradılması, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi üçün danışıqlar aparılıb.

Görüşdə iştirak edən qonaqların yükdaşımanın icrası üçün marşrutun seçilməsi barədə verilən suallara dolğun cavab verilib. “Faisal Movers Group” şirkəti ilə sıx əlaqələrin yaranması və Xəzər dənizi üzərindən yükdaşımaların başlanılması və gələcəkdə yük həcminin artırılması barədə əməkdaşlığın inkişafı müzakirə edildi. Pakistan istehsalı məhsulların ölkə bazarına gətirilməsi ilə yanaşı, Azərbaycan üzərindən transit yüklərin Türkiyə, daha sonra Avropaya daşınması iki ölkə arasında yük dövriyyəsinin artırılması üçün səmərəli olcağı qeyd edilib.




Seçilən
24
qafqazinfo.az

1Mənbələr