AZ

İCRA BAŞÇISI MƏHKƏMƏDƏ DİNDİRİLƏCƏK

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısını öldürməyi planlaşdırmaqda, terror aktlarına hazırlıq görməkdə və digər ağır cinayətlərdə təqsirləndirilən Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Nüşabə Ağayeva icra başçısı Taleh Qaraşovun zərərçəkmiş qismində məhkəmədə dindirilməsini istənilib: "Onun iclasda iştirakı vacibdir. Müvəkkilim ağır cinayətlərdə ittiham olunur, zərərçəkmiş şəxsin nə özü, nə də nümayəndəsi iştirak etmir".

Seçilən
33
mia.az

1Mənbələr