AZ

BDU və Türkiyənin Üsküdar Universiteti Azərbaycan milli mətbuatının150 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirəcək

Bakı, 4 mart, AZƏRTAC

Bakı Dövlət Universiteti və Türkiyənin Üsküdar Universitetinin birgə təşkilatçılığı ilə mayın 14-16-da Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

BDU-dan AZƏRTAC-a bildirilib ki, konfransın məqsədi rəqəmsallaşma ilə media istehsalı və istehlakı proseslərinin transformasiyasının insani, sosial, siyasi və mədəni təsirləri haqqında müzakirələr açmaqdır. Bu transformasiyanın mahiyyətinin, media ekosisteminə təsirlərinin və qlobal səviyyədə gətirəcəyi nəticələrin ətraflı şəkildə müzakirə olunacağı konfransın kommunikasiya və media sahəsində araşdırmalara əhəmiyyətli töhfə verməsi hədəflənir.

Konfransda “Rəqəmsal media və kommunikasiya tədqiqatları”, “Rəqəmsal media və məzmun istehsalı”, “Rəqəmsal əsrdə kommunikasiya təhsili”, “Rəqəmsallaşma və televiziya”, “Rəqəmsallaşma və jurnalistika”, Sosial media işi” və digər mövzular ətrafında məruzələr dinləniləcək.

Seçilən
13
2
azertag.az

3Mənbələr