Son günlərdə "Yuventus"un gənc ulduzu Kenan Yıldızın "Bavariya"ya transfer olacağıyla bağlı yayılan şayiələr təkzib edilib.

Offsideplus.az xəbər verir ki, 19 yaşlı türk futbolçunun adı "Bavariya" ilə hallanırdı. Verilən məlumatlara görə, "Bavariya" rəhbərliyi Kenan Yıldızın transferi üçün heç bir danışıqlar aparmayıb və onunla maraqlanmır.

Kenan Yıldız, "Yuventus"da göstərdiyi performansla bir sıra Avropa klublarının diqqətini çəkib. Xüsusilə, İngiltərə Premyer Liqası klubları olan "Mançester Siti", "Çelsi", "Liverpul" və "Mançester Yunayted" onunla maraqlanır. Bununla belə, gənc futbolçunun "Yuventus"da qalmaq istədiyi və klubda xoşbəxt olduğu bildirilir. "Yuventus" rəhbərliyi isə Kenan Yıldız üçün 35-40 milyon avro dəyərində təkliflər alsa da, bu təklifləri rədd edib və oyunçunu satmaq niyyətində deyil. Klub, gənc futbolçunun maaşını artıraraq onunla yeni müqavilə imzalamağı planlaşdırır.