AZ

İstanbulda sensasiyalı əməliyyat: 365 kq kokain ələ keçirilib - FOTO

İstanbulda sensasiyalı narkotik əməliyyatı keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul polisi məlumat yayıb.

Bildirilib ki, Güngören səmtində bir tekstil firmasında külli miqdarda narkotik aşkarlanıb: "Əməliyyatla 365 kiloqram kokain götürülüb, 3 şübhəli şəxs qandallanıb".

İstanbul Polis İdarəsinin rəisi Selami Yıldızın sözlərinə görə, narkobaronlar və onların əlaltılarına əsla aman tanınmayacaq: "Biz bu şəhərdə narkotik bataqlığını qurutmaqda qərarlıyıq”

Firiudin Səfərli
MİA.AZ

Seçilən
17
1
mia.az

2Mənbələr