Azərbaycanda martın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 0-3°, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 769 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 11-16° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-8° isti olacağı ehtimal edilir. Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.
Oxuməni.az