AZ

Tural Yusifov "Green Public" startapında etdiyi 7 səhvi açıqladı

Tanınmış avto və texno bloqer, media təşkilatçısı və "AvtoStop Media" şirkətinin rəhbəri Tural Yusifov "Green Public" startapı haqqında paylaşım edərək, startapı qurduğu zaman etdikləri səhvləri yayımlayıb.

Valyuta.Az xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.

"Green Public" startapını qurarkən etdiyim 7 səhv və öyrəndiklərim: 

1. Yol xəritəsinin (Roadmap) olmaması

Başlanğıcda “ideya kifayət edir” deyib detallı plan qurmağın əzərə almadım. Nəticədə nə zaman hara gedəcəyimizi bilmirdik, proses uzanırdı. 

2. B2G seqmentini nəzərə almamaq

Ekoloji layihələrdə əsas tərəfdaşların dövlət qurumları və bələdiyyələr olduğunu 3 ay sonra gec anladım. Layihəni B2B və B2C olaraq düşünürdüm. Bu isə çox dəyərli vaxt itkisilə nəticələndi. 

3. Bürokratik əngəlləri əvvəlcədən araşdırmamaq

Dövlət qurumları ilə işləməkdə sənədləşmə, icazə prosedurları və standartların vaxt aparacağını nəzərə almamışdım. Nəticədə işlər bir qədər ləngidi (Hələ də dövlət qurumlarından cavab almaq zaman alır).

4. Şəhərlərdə real ehtiyacı gec təhlil etmək

Düşünürdüm ki, “yaşıllaşdırma layihəsi” hər kəsə maraqlı olacaq. Amma bəzi şəhərlərin (Dubai, Varşava və s.) artıq alternativ proqramlara sahib olduğunu çox gec öyrəndim. Fokuslanacağımız əraziləri işin 6-cı ayında dəqiqləşdirdik.

5. Yalnız intuisiyaya əsaslanmaq

“İdeya özü-özünə parlayar” deyə düşünürdüm. Halbuki, hər addımı data və yerli reallıqlarla əsaslandırmaq lazım idi.

6. Ölçülə bilən məqsədlər təyin etməmək

“Şəhəri yaşıl edəcəyik!” demək kifayət etmədi. Konkret rəqəmlərlə (əkilən ağac sayı, qənaət olunan su, azaldılmış karbon izi) nəticələri göstərmək vacib idi. 

7. Ünsiyyətin effektiv olmaması

“Yaşıllaşdırma” müsbət səslənsə də, konkret sosial-iqtisadi faydanı və şəhər sakininin həyatında hansı dəyişikliyi edəcəyimizi yaxşı çatdıra bilmirdik. 

Seçilən
15
valyuta.az

1Mənbələr