AZ

Azərbaycan İdman Akademiyas ilə Qazaxıstan Universiteti arasında əməkdaşlıq - FOTO

Azərbaycan İdman Akademiyasında Qazaxıstanın Qızıl Orda Korkut Ata Universitetinin rəhbər heyəti ilə görüş keçirilib.

İdman.biz xəbər verir ki, görüşdə Akademiya rəhbərliyi və Qazaxıstanın Qızıl Orda Korkut Ata Universitetinin rektoru Beibitkul Kərimova, Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Mainura Buribayeva və layihə mütəxəssisi Jandos Orazmaxan iştirak ediblər.

İclasda Azərbaycan İdman Akademiyası və Qızıl Orda Korkut Ata Universiteti ilə əlaqələrin möhkəmləndirilməsi, gələcək yeni əməkdaşlıqların və layihələrin yaradılması, ikili diplom, birgə kurs və treninq layihələri, tədqiqat əməkdaşlıqları, ixtisasartırma proqramlarının təşkili müzakirə edilib.

Azərbaycan İdman Akademiyası və Qızıl Orda Korkut Ata Universiteti arasında əməkdaşlığa dair müqavilələri imzalanıb.

İdman.biz

Seçilən
14
2
idman.biz

3Mənbələr