1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Gürcüstan parlamenti "Xarici təsir haqqında" Qanunu birinci oxunuşda qəbul edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu parlamentin plenar iclası rəsmi saytda canlı yayımlanıb.
Qeyd olunur ki, xarici agentlər haqqında qanun layihəsi ABŞ-nin mövcud FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) qanunu ilə eynidir.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin verdiyi məlumata görə, 84 nəfər qanunun lehinə səs verib, qanunun əleyhinə isə səs verən olmayıb.