Misli Pemyer Liqasının XXV turu çərçivəsində bu günə nəzərdə tutulan sonuncu, sayca ikini görüş Masazırda oynanılacaq. 

Offsideplus.az xəbər verir ki, "Bank Respublika Arena"da "Sabah" "Araz-Naxçıvan"ı qəbul edəcək.

Kubokun yarımfinalına yüksələn komandaların çempionatda məqsədləri fərqlidir. "Sabah" 5-ci pillədə "lövbər salıb", "Araz-Naxçıvan" isə ötən tur itirilmiş ikinci sıranı qaytarmaq niyyətindədir.  

“Sabah” 0–0 “Araz-Naxçıvan” (birinci hissə)

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov

VAR: Tural Qurbanov

AVAR: Kamran Bayramov

“Bank Respublika Arena”, 19:30