Ermənistanın Ararat vilayətinin Ayqavan kəndindəki qazdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində iki nəfər xəsarət alıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, partlayış yerli vaxtla saat 16:40-da (Bakı vaxtı ilə üst-üstə düşür - red.) baş verib.
İlkin məlumata əsasən, məntəqədə maye qazın olduğu çən partlayıb.