Həftəiçi hər gün saat 15:00-da Sağlam Radio 93FM-də yayımlanan "Offside" verilişində Ceyhun Rzayevlə yerli və dünya futbolunda baş verən son məlumatlar müzakirə olunub. 

Misli Premyer Liqasının XXV turunun qarşılaşmaları, "Sumqayıt" - "Qarabağ" matçında yaşananlar, ölkə futbolunda transfer gündəmi, dünya futbolunda ofsaydda tətbiq olunacaq yeni qaydalar, hakimlərə inam və digər məsələlər müzakirə mövzusu olub. 

Ceyhun Rzayev eksklüziv olaraq "Offside" verilişində bir çox Avropa klublarının transfer siyahısında olan "Zirə"nin hücumçusu Salifu Suma üçün gələn 1 milyonluq təklifdən imtina etdiyini açıqlayıb. 

Bugünkü buraxılışı "Youtube" kanalımızdan izləyə bilərsiniz: