AZ

ABŞ-ın kəşfiyyat təyyarəsi Qara dənizdə görünüb

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Boeing P-8A Poseidon uzaqmənzilli radar kəşfiyyat təyyarəsi Qara dəniz üzərində təxminən bir saat yarım dövr edib.

Flightradar xidmətinin məlumatına görə , təyyarə İtaliyanın Siciliya adasından havaya qalxıb. Moskva vaxtı ilə təxminən saat 13:00-da o, Krımın cənubunda Qara dəniz üzərində dövrə vurmağa başladı. Daha sonra təyyarə uçuş nöqtəsinə doğru hərəkət edib.

Yanvar ayında ABŞ kəşfiyyat təyyarəsinin Rusiya ilə sərhəd yaxınlığında Finlandiya üzərində uçması barədə xəbərlər yayılmışdı.

DOĞRU.AZ

Seçilən
45
dogru.az

1Mənbələr