AZ

“Neftçi” "Kəpəz"lə oyuna itki ilə çıxacaq

“Neftçi” Misli Premyer Liqasının XXV turunda qarşılaşacağı "Kəpəz"lə oyuna itki ilə çıxacaq.

Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, Andrey Ştoqrin zədə səbəbindən görüşü buraxmalı olacaq.

“Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxan “ağ-qaralar” hazırlıq prosesindən sonra Tovuza yola düşüblər.

Qeyd edək ki, martın 5-də Tovuz şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Neftçi” oyunu saat 17:00-da başlanacaq.

Seçilən
70
14
bakivaxti.az

10Mənbələr