İran səfirliyinin müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
SeherXeber.org xəbər verir ki, bu barədə Türkiyə XİN-in sözçüsü Öncü Keçeli məlumat verib.
O qeyd edib ki, görüş zamanı ikitərəfli məsələlər müzakirə olunub, bəzi İran rəsmilərinin Türkiyəyə qarşı irəli sürdükləri iddialar gündəmə gətirilib.
Qeyd edək ki, daha əvvəl Türkiyə XİN rəhbəri Hakan Fidan İranı Suriyada qeyri-sabitlik yaratmaq cəhdləri və PKK/YPG-yə dəstəyindən imtina etməyə səsləyib. Bu açıqlamadan sonra Türkiyənin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.