AZ

Narkotik vasitələrin alverində şübhəli bilinən azı 2 min nəfər saxlanılıb

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2365 nəfərin saxlanıldığı haqda məlumat verib.

Avtosfer.az xəbər verir ki, son iki həftədə Türkiyənin 81 vilayətinin 76-sında Daxili İşlər Nazirliyinin xətti ilə çoxlu sayda şübhəli şəxs saxlanılıb.

Ümumilikdə, 1 ton 444 kiloqram narkotik vasitə, o cümlədən 2 milyon 736 min narkotik həb aşkar olunub.

Daxili İşlər Nazirliyi “Türkiyə vətəndaşlarının gənc nəslinin gələcəyini məhv edən narkotik alverçilərinə qarşı fəal mübarizə” əzmini bəyan edib.

Seçilən
1
1
avtosfer.az

2Mənbələr