AZ

Flik: “Biz öz ideyamızla oynayacağıq“

Çempionlar Liqasının 1/8 finalın ilk matçında “Benfika” çərşənbə günü “Barselona”nı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, yanvarda komandalar turnirin ümumi mərhələsində Lissabonda qarşılaşıblar. Kataloniyalılar 78-ci dəqiqəyə qədər 2:4 geridə olsalar da, sonda 5:4 hesabı ilə qalib gəliblər.

“Katalanlar”ın baş məşqçisi Hans-Diter Flik həmin matçla bağlı sual alıb.

– Çərşənbə günü keçiriləcək qarşılaşma yanvardakı matça bənzəyəcək?

– Düşünürəm ki, biz öz ideyamızla oynayacağıq. Görək nə olacaq. Ümid edirəm ki, ilk hissədə daha yaxşı əks-hücumlar keçirib, onların hücumunu dayandıra bilərik. Çətin matç olacaq və biz keçən dəfəkindən daha yaxşı oynamağa çalışacağıq.

Seçilən
25
futbolpress.az

1Mənbələr