AZ

"Napoli" müdafiəçisi ilə müqaviləni uzadıb

"Napoli"nin müdafiəçisi Matias Olivera hazırkı komandasında çıxışını davam etdirəcək.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Neapollular 27 yaşlı futbolçunun əmək müqaviləsini uzadıb.

Uruqvaylı müdafiəçi ilə 2030-cu ilin iyununa qədər qüvvədə olan müqavilə imzalanıb.

Olivera bu günə qədər "Napoli" forması ilə 90 oyuna çıxıb, üç qol vurub və yeddi məhsuldar ötürmə edib.

Seçilən
22
90deqiqe.az

1Mənbələr