AZ

Honqkonq şirkəti Panama limanlarındakı payını ABŞ investorlarına satacaq

Honqkonqda yerləşən “CK Hutchison Holdings” Panama kanalının hər iki tərəfindəki limanları idarə edən törəmə şirkətinin 90%-ni amerikalı investorlara satacaq.

“Report”un məlumatına görə, bu barədə “CK Hutchison”un açıqlamasında deyilir.

Xüsusilə bu, Balboa və Kristobal limanlarına aiddir. Müqavilə Panama hökumətindən təsdiq almalıdır.

“BlackRock Inc Global Infrastructure Partners” və “Terminal Investment Limited2 şirkətlərinin daxil olduğu investor qrupu, həmçinin 23 ölkədə 43 liman və 199 körpüyə sahib olan digər törəmə şirkətlərin 80%-ni alacaq. Aktivlərin dəyəri 22,8 milyard dollardır.

ABŞ prezidenti Donald Tramp yanvarın 20-də inauqurasiya nitqində Panama kanalını Çindən geri almaq niyyətini açıqlayıb.

Seçilən
48
2
report.az

10Mənbələr