
Evinizin çox isti və ya çox soyuq olması sağlamlığınıza zərər verə bilər.

E-saglam.az xəbər verir ki, alman həkim Carl Wunderlich 1860-cı illərdə təxminən 25.000 insanın hərarətini ölçdü və orta bədən istiliyinin 37 dərəcə Selsi olduğunu hesabladı. O vaxtdan bəri bu dəyər orta bədən istiliyi kimi qəbul edilmişdir.
Lakin indiki məlumatlara görə, bu rəqəm dəqiq olmaya bilər.
Müasir tədqiqatlar göstərir ki, bədən istiliyi cins, maddələr mübadiləsi, hormonlar, fiziki fəaliyyət, yaş və menstrual dövr kimi faktorlara görə insandan insana dəyişir.
Tərcümə: Könül Oruc