AZ

Şirkətlərin strateji planları niyə uğursuz olur? - SƏHƏR OXUSU

Bir strateji planın dəyərini və belə bir plana niyə ehtiyac olduğunu başa düşmək yaxşı bir başlanğıc üçün atılacaq ilk addımdır. Hər kəs bilir ki, strateji planlar bir şirkətin uğuruna təsir edən amillərdən biridir.

Bir strateji plan hazırlamaq prosesi disiplin, uzağı görə bilmək və dürüstlük tələb edir. Bütün bunlara baxmayaraq, nə qədər yaxşı plan hazırlasanız da, iş boyu qarşınıza çıxacaq çətinliklərin sizi bəzən həvəsdən də salacağının şahidi olacaqsınız.

Valyuta.az bu planların niyə uğursuz olduğuna dair 10 əsas səbəbi paylaşır.

Sırf bir plana sahib olmaq üçün plan hazırlamaq

Bəzi şirkətlər düşünür ki, tanınmış bir şirkət olmaq üçün mütləq plana sahib olmaq lazımdır.

Lakin bu doğru fikir deyil. Əgər həqiqətən bir plana ehtiyacınız olacaqsa, bu planı düzgün şəkildə qurun. 

Ətraf mühit faktorunu başa düşməmək və ya sadəcə nəticələrə fokuslanmaq

Planlamadan məsul olan işçi qrupu iş sahəsindəki dəyişiklikləri fərq etməli, mənalı prioritetlər müəyyən etməli və əldə ediləcək nəticələrin izlənməsi ehtiyacını başa düşməlidir.

Öz işinə qismən bağlılıq
 

İş sahibləri, CEO-lar, şöbə müdirləri bir strateji planın onların şirkətlərini nə qədər irəlilədə biləcəyinin tam olaraq fərqində olmalı və buna dair güclü bir inam göstərməlidir. Bu fərqindəlik və inam olmadan, prosesin düzgün irəliməməsi çox mümkün olmayacaq.

Əlaqədar şəxslərin bu iş üçün uyğun olmaması

Planı həyata keçirməkdən məsul olanlar, prosesi əvvəldən daxil olmalıdırlar. Planın yaradılma prosesinə daxil olanlar isə planın idarə edilməsi mərhələsində də bütün bir prosesi izləyir və bu mərhələdə fəal şəkildə iştirak etməlidir.

Bir plan yazıb, lakin onu istifadə etməmək

Bu da ən az plan yazmamaq qədər pis bir vəziyyətdir. Əgər planın təsirli bir idarəetmə aləti olması istənirsə, daima tətbiq edilməli və dövrü olaraq yenidən gözdən keçirilməlidir. 

Dəyişikliklərə qarşı istəksizlik və dəyişiklik üçün yetərsizlik

Şirkətiniz və strateji planınız xarici dinamikalara qarşı sürətli reaksiya verə bilməli və bazar şərtlərindəki dəyişikliklərə tez uyğunlaşa bilməlidir.

Rəhbər mövqeyi üçün yanlış şəxs seçimi

Rəhbərlik düzgün insanların rəhbər vəzifələrdə olmasını təmin etmək üçün güclü mühakimə yürütməlidir. Bu məqamda belə bir vəzifə üçün “doğru” şəxs strateji planı zirvələrə daşıyacaq və onun qatı müdafiəçisi olacaq, şirkətin gedişatını daim izləyəcək şəxs deməkdir.

Bazarın mövcudluğunu, dinamikasını və bazara dair ehtimalları nəzərə almamaq

Bazar reallıqlarına gəlincə, potensial problemlərə laqeyd yanaşmayın, çünki onlar hələ əməliyyatlarınıza təsir göstərməyib. Əvvəlcədən planlaşdırma aparın ki, qarşıdan gələ biləcək çətin günlərə hazır olun. 

Məsuliyyət almamaq və ya prosesi yarıda buraxmaq

Planı hazırladıqdan və onun xidmətinə lazımi resursları ayırdıqdan sonra qərarlı olun. Strategiyanızı həyata keçirə bilməsəniz, qarşılaşacağınız nəticələrdən qaçmayın.

Real olmayan hədəflər və ya resurslara fokuslanma çatışmazlığı

Strateji planlar fokuslanmağı tələb edir. İdarə edilməli olan bir sıra hədəflər, məqsədlər və proqramlar mövcuddur. Bu nöqtədə, saysız deyil, məqbul sayda hədəf, məqsəd və proqram müəyyən etmək, hamısının aydın şəkildə müəyyənləşdirildiyindən əmin olmaq lazımdır. Eyni zamanda, bu hədəf və məqsədlərin strateji plan daxilində və onunla uyğun şəkildə həyata keçirilməsi üçün yetərli resurslarınız olmalıdır və resurs bölüşdürülməsini düzgün şəkildə etməlisiniz.

Yuxarıda qeyd olunan risklərdən qaçaraq, təsirli bir planlama prosesi yarada bilər, şirkətinizin gələcəyi üçün doğru bir yol izləyərək, stratejinizi uğurla həyata keçirmək üçün şansınızı artıra bilərsiniz.

Davud

Seçilən
19
valyuta.az

1Mənbələr