AZ

Terimin klubunda böhran - Futbolçular etiraz edir

Fatih Terimin çalışdırdığı "Əş-Şəbab" klubunun futbolçuları etiraz ediblər.

Metbuat.az xəbər verir ki, futbolçular maaşlarını ala bilmədikləri üçün rəhbərliyə narazılıq ediblər. Məlumata görə, rəhbərlikdə yer alan bəzi nümayəndələr klubun prezidenti Mohamad Almunajemin siyasətinə etiraz olaraq, istefa ərizəsi yazıblar. Klubun prezidenti jurnalistlərin böhranla bağlı sualına cavab verməyib.

Qeyd edək ki, 23 turdan sonra 39 xal toplayan "Əş-Şəbab" Səudiyyə Ərəbistanı çempionatında 6-cı yerdə qərarlaşıb.


Seçilən
1
1
news24.az

2Mənbələr