Martın 4-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun mart ayı üzrə ilk səyyar qəbulu Təzəkənd kəndində keçirilib.
“Qafqazinfo” xəbər verir ki, səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, şöbə müdirləri, xidməti təşkilatların rəhbərləri də iştirak ediblər.
Qəbulda öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Respublikamızın bütün bölgələrində, o cümlədən Beyləqan rayonunda artan sosial-iqtisadi inkişafdan, infrastrukturun yaxşılaşdırılmasından danışıb, görülən işlərin bundan sonra da davam edəcəyini vurğulayıb.
Daha sonra icra başçısı kənd sakinlərindən təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib.
RİH başçısı Əziz Əzizov qəbul zamanı müraciət edən kənd sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair bir sıra konkret göstərişlər verib. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.
Təzəkənd kənd sakinləri yaradılan şəraitdən məmnunluqlarını bildirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə ediblər.
Qəbul Od çərbənbəsinə təsadüf etdiyi üçün tədbirdən sonra icra başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri sakinlərlə birgə adət-ənənələrimizə uyğun olaraq tonqal ətrafında çərşənbəni qeyd ediblər.
Tonqalı şəhid Səddam Bayramovun atası Ələddin Bayramov yandırdı. Rayon rəhbəri sakinləri çərşənbə bayramı münasibətilə təbrik edib, bayram əhvali-ruhiyyəli günlər arzulayıb.
Tonqalın ətrafında rayon Mədəniyyət nümayəndəliyinin əməkdaşlarının ifasında milli musiqilər səsləndirilib.





