AZ

Tramp 5 ildən sonra Konqresdə: “Amerika qayıdıb”

ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətində Konqres qarşısında ilk çıxışına “Amerika qayıdıb” sözləri ilə başlayıb.

Publika.az xəbər verir ki, Bu sözlər Konqresin Respublikaçı üzvlərinin alqışlarına və “ABŞ!” şüarı səsləndirməsinə səbəb olub.

“Altı həftə əvvəl mən bu Kapitolinin günbəzinin altında dayanıb Amerikanın Qızıl Dövrünün başlanğıcını elan etdim. O andan etibarən ölkəmizin tarixindəki ən böyük və ən uğurlu dövrü gətirmək üçün yalnız sürətli və dayanmadan fəaliyyət göstərilib”, - Tramp deyib.

Tramp bildirib ki, onun administrasiyası 43 gün ərzində əksər administrasiyaların əldə etdiyindən daha çox nailiyyət əldə edib.

“Və bu, hələ başlanğıcdır”, - o qeyd deyib.

Seçilən
10
publika.az

1Mənbələr