AZ

Tramp Marsa Amerika bayrağını sancacağına söz verib

ABŞ kosmosun tədqiqində lider olacaq və öz bayrağını Marsa sancacaq...

Poliqon xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Konqresdəki çıxışı zamanı deyib.

“Biz elmin sərhədsiz üfüqlərini fəth edəcəyik və bəşəriyyəti kosmosa aparacağıq və Amerika bayrağını Marsda və ondan uzaqlara sancacağıq”Ə deyə Tramp bildirib.

Qeyd edək ki, 2024-cü ilin sentyabrında amerikalı iş adamı və SpaceX-in yaradıcısı İlon Mask planetə enişin təhlükəsizliyini yoxlamaq üçün iki ildən sonra “Starship” kosmik gəmisini Marsa göndərmək planlarından danışıb. Maskın sözlərinə görə, sınaqlar uğurlu olarsa, 4 ildən sonra Marsa ilk insan uçuşları başlayacaq.

Poliqon.info

Seçilən
32
poliqon.info

1Mənbələr