Trampın çıxışında diqqət çəkən məqamlar: Zelenskinin məktubu, Baydenin fəlakəti, Marsda ABŞ bayrağı...
Martın 5-nə keçən gecə ABŞ prezidenti Donald Tramp Konqresə Birləşmiş Ştatların vəziyyəti ilə bağlı müraciətini edib.
Tramp çıxışında iqtisadiyyat, Ukrayna münaqişəsinin həlli və müxtəliflik siyasəti ilə mübarizə haqqında çox danışıb. Prezident Qrenlandiya, Panama və Marsı da unutmayıb.
Poliqon ABŞ prezidentinin əsas məqamlarını təqdim edir.
Ukrayna münaqişəsi haqqında
Tramp bildirib ki, bu çılğınlığa, bu qətllərə son qoymağın vaxtıdır. Biz bu sonsuz müharibəyə son qoymalıyıq. Bunun üçün hər iki tərəflə danışmaq lazımdır;
Tramp Zelenskidən Ukraynada uzunmüddətli sülhü yaxınlaşdırmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazır olması ilə bağlı məktubu alıb;
Ukraynanın nadir torpaq metalları üzrə saziş imzalamağa hazırdır;
Tramp bildirib ki, Rusiyanın da sülh danışıqlarına hazır olması ilə bağlı siqnallar alıb.
Nailiyyətləri haqqında
“Vətəndaşlarıma deyirəm: Amerika qayıtdı!”
Tramp bildirib ki, 43 gündə onun adminstrasiyası əksər administrasiyaların 4 və ya 8 il ərzində əldə edə biləcəyindən daha çox şeyə nail olub və bu yalnız başlanğıcdır;
Tramp əminliyini ifadə edib ki, bir il əvvəl ona olunan sui-qəsddən Amerikanı yenidən böyük etmək üçün Tanrı tərəfindən xilas edilib.
İqtisadiyyat və vəzifələr haqqında
Baydenin siyasəti ABŞ-də iqtisadi fəlakətə səbəb olub;
Əgər siz öz məhsullarınızı Amerikada istehsal etmirsinizsə, buna görə Tramp dövründə tariflər ödəyəcəksiniz;
Tramp idxal olunan malların tariflərini artıracaq. Çin, Hindistan və Aİ aprelin 2-də qüvvəyə minəcək ABŞ-nin cavab tariflərinə hazır olmalıdır;
Tramp qeyd edib ki, Birləşmiş Ştatlar nadir torpaq metallarının istehsalını kəskin şəkildə artırmalıdır.
Müxtəliflik və inklüzivlik siyasəti haqqında
İstənilən sahə üzrə mütəxəssislərin işə qəbulu meyarları irq və cinsiyyət deyil, peşəkar bacarıq üzərində olmalıdır;
Tramp xatırladıb ki, uşaqların cinsiyyətinin dəyişdirilməsi ilə məşğul olan bütün qurumları maliyyələşdirmədən məhrum edən fərman imzalayıb;
Tramp Konqresdən uşaqlar üzərində cinsiyyətin dəyişdirilməsi əməliyyatlarını birdəfəlik qadağan edən və cinayət hesab edən qanun qəbul etməsini istəyib.
Ən yaxın planlar haqqında
Tramp Konqresdən bütövlükdə ABŞ-də istehsal olunacaq təkmil raketdən müdafiə sisteminin, “Qızıl Qübbə”nin yaradılmasına maliyyə ayırmasını tələb edib;
Tramp Qrenlandiyanın gələcəyinin necə olacağına qərar vermək hüququnu dəstəklədiyini və Birləşmiş Ştatlara qoşulmaq qərarına gələrsə, bunu alqışladığını bildirib və əlavə edib ki, bu və ya digər şəkildə məqsədinə nail olacağına ümid edir;
Birləşmiş Ştatlar Panama kanalına nəzarəti bərpa etməyə başlayıb və Amerika şirkəti kanalın limanlarını almaq üçün müqavilə bağlayıb.
ABŞ-ın gələcəyi haqqında
Birləşmiş Ştatlar Amerika bayrağını Marsa və ondan uzaqlara sancacaq.
Amerikanın Qızıl dövrü yeni başlayır. Bu, dünyanın heç vaxt görmədiyi bir şey olacaq...
Poliqon.info