AZ

Sumqayıtda qadın qadını bıçaqladı

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Ölkə.az “Report”a istinadən məlumat verir ki, hadisə şəhərin Betonzavod adlanan ərazisində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Çinarə İsmayıl qızı Nəbiyeva aralarında baş vermiş münaqişə zəminində qonşusu,1966-cı il təvəllüdlü Xırda Zərbala qızı Məmmədovaya bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Məsələ ilə bağlı hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.

Seçilən
113
25
olke.az

10Mənbələr