UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk matçları baş tutub.
Missiya.Az "Report"a istinadla xəbər verir ki, turun ilk oyun axşamında 4 qarşılaşma keçirilib.
İngiltərənin "Aston Villa" klubu səfərdə Belçika təmsilçisi "Brügge"yə qalib gəlib. "Dumanlı Albion"un digər təmsilçisi "Arsenal" isə Niderlandda PSV-ni darmadağın edib.
Günün mərkəzi qarşılaşması "Real"la "Atletiko" arasında baş tutub. Madrid derbisindən "Kral klubu" qalib ayrılıb.
UEFA Çempionlar Liqası1/8 final, ilk matçlar
4 mart
"Brügge" (Belçika) - "Aston Villa" (İngiltərə) 1:3
5 mart
"Borussiya" (Dortmund, Almaniya) - "Lill" (Fransa) 1:1
PSV (Niderland) - "Arsenal" (İngiltərə) 1:7
Real (İspaniya) - Atletiko (İspaniya) 2:1
Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları martın 6-na keçən gecə baş tutacaq.