AZ

Fond bazarında dalğalanma davam edir - TESLA SƏHMLƏRİ ÇÖKÜR

Martın 3-də dünyanın aparıcı şirkətlərinin səhmləri kəskin ucuzlaşmışdı. Lakin dünən bəzi nəhənglər bu itkiləri kompensasiya edərək qiymətlərini yüksəldə bildi. Bununla belə, ümumi mənzərə göstərir ki, bazarda hələ də qeyri-müəyyənlik davam edir. Xüsusilə texnologiya sektorunda fəaliyyət göstərən şirkətlərin səhmləri qiymət artışına keçə bilmir.

Bitcoin hələ də 90 min dolların altındadır - SON QİYMƏT

FED.az xəbər verir ki, martın 4-də ən çox bahalaşan şirkət səhmi NVIDIA şirkətinə məxsus səhm oldu. Şirkətin səhmləri 1,69% dəyər qazanaraq 115,99 dollara yüksəldi. Bu, son dövrlərdə süni intellekt və çip sektoruna olan böyük maraqla izah edilə bilər. Digər tərəfdən Alphabet (Google) səhmləri də 1,34% bahalaşaraq 172,61 dollara çatdı, Microsoft isə cüzi artımla 388.61 dollara yüksəldi.

Bunun əksinə olaraq, ən çox dəyər itirən şirkət səhmi Tesla oldu. Onun səhmləri 4,43% geriləyərək 272,04 dollara düşdü. Meta Platforms (-2,30%), Berkshire Hathaway (-2,79%) və Visa (-2,65%) kimi nəhənglər də dəyər itirdi.

Ümumilikdə, bazarda böyük qeyri-müəyyənlik müşahidə edilir. NVIDIA kimi bəzi texnologiya şirkətləri möhkəmlənməyə davam etsə də, Tesla və Meta kimi liderlərin ucuzlaşması, investorların sektora ehtiyatla yanaşdığını göstərir.

Daha detallı aşağıdakı cədvəldə :

Sıra

Şirkət Adı

Səhmin Bağlanış Qiyməti ($)

Gündəlik dəyişiklik (%)

1

Apple

235,93

-0,88

2

Amazon.com

203,80

-0,60

3

Meta Platforms

640,00

-2,30

4

Berkshire Hathaway

495,86

-2,79

5

Visa

352,23

-2,65

6

Johnson & Johnson

165,42

-1,11

7

Microsoft

388,61

+0,03

8

Alphabet (Google)

172,61

+1,34

9

Tesla

272,04

-4,43

10

NVIDIA

115,99

+1,69

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.

Seçilən
25
fed.az

1Mənbələr