AZ

ABŞ-nin federal işçiləri Trampın siyasətinə qarşı olduqları üçün işdən çıxarılacaqlar

ABŞ Prezidenti Donald Tramp federal işçilərə onun administrasiyasının siyasətinə müqavimət göstərəcəkləri təqdirdə işdən çıxarılacaqları barədə xəbərdarlıq edib.

Missiya.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri ABŞ Konqresində çıxışı zamanı məlumat verib.

"Mənim administrasiyam məsuliyyətsiz bir bürokratiyadan hakimiyyəti geri alır və biz bir daha Amerikaya əsl demokratiyanı geri qaytaracağıq. Və bu dəyişikliklərə müqavimət göstərən istənilən federal bürokrat dərhal vəzifəsindən uzaqlaşdırılacaq”, - deyə siyasətçi vurğulayıb.

Tramp qeyd edib ki, seçilməyən bürokratların günləri də geridə qaldı.

Daşqın HəsənovMissiya.Az

Seçilən
18
missiya.az

1Mənbələr