AZ

Hollivud aktyorları və ONLARIN DUBLYORLARI - (FOTO)

Yazını böyüt
Yazını kiçilt

Bəzən elə epizodlar olur ki, onu məhz filmin hansısa qəhrəmanının oynadığına inanmaq lmur. Məsələn, yüksək çeviklik tələb edən idman, kaskadyorluq elementləri bu cür epizodlardandır. Təbii ki, bu səhnələri aktyorların dublyorları canlandırır.

Hafta.az olaraq indi məhz həmin aktyor və dublyorlardan bəzilərini təqdim edəcəyik:

Kris Hemsvort

“Tor” və “Qisasçılar” filmlərində göründükdən sonra Krisə oxşayan dublyorun çiyni yerindən çıxıb, üç fəqərəsi zədələnib, qabırğaları və çanaq sümüyü sınıb. Amma buna baxmayaraq fotoya baxanda onun Krisə çox bənzəyən biri olduğunu görmək olar.

Conni Dipp

“Karib dənizinin quldurları” təkcə baş qəhrəmanlara deyil, ikinci dərəcəli aktyorlara da uğur gətirib. İstedadlı dublyor bu performansa görə Conniyə Dünya Stunt Akademiyası Mükafatı qazandırıb.

Robert Pattinson

Təəccüblü deyil ki, aktyor kimi ağbəniz, qalın qaşlı kaskadyor qaranlıqda Robertlə səhv salına bilər. Bu baxımdan aktyorun bəxti gətirib və çətin səhnələri oynamaqda dublyoru köməyinə çatır.

Cennifer Lopez

Bu dublyoru Lopezə bənzəyən yeganə şey saç düzümüdür, qalanını isə perspektiv və kompüter qrafikası həll edir. Əsas odur ki, müxtəlif səhnələr üzündən Cenniferin həyatı təhlükədə olmayacaq.

Riz Uizerspun

Onlardan hansının əsl Riz olduğunu bir baxışda söyləmək çətindir. Çox az aktyor var ki, dublyoru ona bu qədər bənzəsin. Bu baxımdan Riz şanslıdır.

Ben Afflek

Oxşar saç düzümü və saqqal formasına görə çoxları elə bilir ki, dublyoru Benin əkiz qardaşıdır. Amma yox, bu həqiqətən də filmlərdə ona dəstək verən oxşarıdır.

Çarlz Teron

Blobasterlərdəki rollar incə və sarışın aktrisaya çox uyğun gəlir. Buna baxmayaraq, çəkiliş qrupu bəzi dublyorları peşəkarlara həvalə etməyə üstünlük verir. Çünki o, doğrudan da zərifliyini bəzi səhnələrdə zədələyə bilər.

Emi Şumer

Dublyorun da eynilə Emi kimi hörüklü saçları var və yaxından diqqət edilmədikcə, onun elə əsl Emi Şumer olduğunu düşünürlər.

Alison Hanniqan

Bu fotoda "Amerikan pastası" ulduzunun çəkilişlər arasında fasilə zamanı dublinqlərinin bir neçəsi ilə istirahət edərkən görmək olar.

Rupert Qrint

Bəzən qalın saçlı aktyor üçün dublyor tapmaq elə də asan olmur. Amma Qrintin bəxti varmış, dublyoru rolların ifasında ona çox dəstək verir.

Arnold Şvartsenegger

Əzələli, güclü aktyora dublyor lazım olmadığını düşünənlər yanılır. Bəzi kadrlarda Arnoldun yerini ona oxşayan kaskadyor əvəz edir.

Silvestr Stallone

Silvester yaxşı idmançıdır və çoxli həyati təhlükəli filmlərdə çəkilib. Amma bunu da bilin ki, Stalloniyə bir neçə dəfə epizodda dublyoru kömək edib.

Uma Turman

Bəzən Umanın yerinə yetirməli olduğu mürəkkəb döyüş elementləri olur. Bu zaman onun da köməyinə məhz oxşarları çatır.

Benedikt Cumberbax

Britaniyalı aktyorun həyatı macəralarla doludur. Bir qrup quldur tərəfindən qaçırılan kişini aktyor özü xilas edib. Buna əsasən belə qənaətə gəlmək olar ki, Benediktin dublyora ehtiyacı yoxdur, amma belə deyil. Cumberbax kimi dram aktyorunu canlandırmaq üçün onun dublyoru döyüş səhnələrində istifadə olunur.

Seçilən
11
1
hafta.az

2Mənbələr