AZ

Zəngəzur dəhlizinin reallaşdırılması türk dövlətlərinin yeni əməkdaşlıq platformasında bir araya gəlməsini şərtləndirəcək – Tahir Budaqov

Bakı. Trend:

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı - D8-ə üzv olması,Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS kimi nüfuzlu platformalardatərəfdaş ölkə kimi işbirliyini diqqət mərkəzində saxlaması yenigeosiyasi çağırışlar fonunda mühüm əhəmiyyətə malikdir.

Trend xəbərverir ki, bunu Yeni Azərbaycan Partiyası Sədrinin müavini, MərkəziAparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan PartiyasınınKonstitusiya və Suverenlik ilinə həsr olunan “Bəsirətin zəfəri”mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bu gün Azərbaycanın xarici siyasətinin əsasprioriteti türk dünyasında ikitərəfli və çoxşaxəli əlaqələriinkişaf etdirərək Türk Dövlətləri Təşkilatını daha dagücləndirməkdir.

“Hazırda ölkəmizin fəal təşəbbüsləri Türk dünyasındadövlətlərarası münasibətlərin yüksələn xətt üzrə inkişafına xidmətetməklə yanaşı, yeni perspektivlər yaradır.

Qarşıdakı dövrdə Zəngəzur dəhlizinin reallaşdırılması və Ortadəhlizin inkişaf etdirilməsi türk dövlətlərinin yeni çoxtərəfliəməkdaşlıq platformasında bir araya gəlməsini, bütövlükdə Türkdünyasında inteqrasiyanın güclənməsini də şərtləndirəcək.

Bütün bunlar isə yeni dünya nizamı şəraitində Avrasiyada,xüsusilə də Türk dünyasında geosiyasi fəallığın artmasına təkanverərək uzunmüddətli hədəflərə nail olmağa real zəmin yaradacaq”, -deyə T.Budaqov qeyd edib.

Seçilən
162
3
az.trend.az

10Mənbələr