Cəlilabad rayonu ərazisində müxtəlif vaxtlarda 3 yaşayış evinin həyətindən, ümumilikdə, 20 baş qoyunu oğurlayan şəxslər müəyyən olunub.
“İki sahil” xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, hər ikisi əvvəllər məhkum olunmuş 37 yaşlı Elmir Səmədov və 34 yaşlı Elgün Tağıyev müəyyən olunaraq saxlanılıblar.
Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.