UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Madrid derbisində "Real Madrid" "Atletiko Madrid"i 2:1 hesabı ilə məğlub edib.Bu barədə “Championat.com” xəbər verir.
Komandalar Madriddəki (İspaniya) "Santyaqo Bernabeu" stadionunda qarşılaşıblar. Oyunu Kleman Tyurpenin başçılıq etdiyi fransalı hakimlər briqadası idarə edib.
“Real Madrid”in heyətində qolları Rodriqo (4-cü dəqiqə) və Brahim Diaz (55-ci dəqiqə) vurub. "Atletiko"nun ilk qolunun müəllifi Xulian Alvaresdir (32).
Oyun axşamının qalan oyunlarının nəticələri:
"Brügge" - "Aston Villa" - 1:3
"Borussiya" - "Lill" - 1:1
Almaz Həsənli