AZ

Dağıstanda terror hucumuna hazırlaşan İŞİD-çilər öldürülüb

Dağıstanda terror hucumna hazırlaşan İŞİD-çilər öldürülüb

Dağıstanda terror aktı törətməyi planlaşdıran 4 terrorçu öldürülüb.

AzPost bildirir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsi (MTK) məlumat yayıb.

Martın 5-nə keçən gecə keçirilən əks-terror əməliyyatı nəticəsində Rusiya Daxili İşlər Nazirliyinin Kaspiysk şəhərindəki vilayət idarəsinin obyektində terror aktı törətməyi planlaşdıran 4 quldur zərərsizləşdirilib.

Dəstənin fəaliyyətini Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatı olan İŞİD üzvləri koordinasiya edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları toqquşma yerində və yaxınlıqdakı anbarda qumbaraatanlar, əldəqayırma partlayıcı qurğular, qumbaralar, pulemyotlar, tapança və döyüş sursatları aşkar ediblər.

Seçilən
38
azpost.info

1Mənbələr