AZ

Dağıstanda polislə silahlılar arasında atışma olub, ölən var

Rusiya Milli Antiterror Komitəsi (MAK) martın 5-nə keçən gecə Mahaçqalada “Rusiya Daxili İşlər Nazirliyinin Kaspiysk şəhərindəki regional idarəsinin obyektində terror aktı törətməyi planlaşdıran 4 quldurun zərərsizləşdirildiyi” əməliyyatı elan edib.

Ölənlərin üzərində, eləcə də hazırladıqları gizləndiyi yerdə “qumbaraatanlar, əldəqayırma partlayıcı qurğular, qumbaralar, pulemyotlar, tapança və sursatlar” olub.

“Mövcud məlumatlara görə, dəstənin fəaliyyətini İŞİD üzvləri koordinasiya edib”, - məlumatda deyilir.

Mahaçqalanın Kirov rayonunun Semender kəndində bir neçə saatlıq antiterror əməliyyatı rejimi tətbiq edilib.

MAK-ın məlumatına görə, Mahaçqala sakinləri və əməliyyatda iştirak edən hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarət almayıb.

Seçilən
53
1
anspress.com

2Mənbələr