Xəbər verdiyimiz kimi,Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.
Əraziyə yanğınsöndürənlər və polis cəlb edilib.
“Cebheinfo.az”xəbər verir ki, Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) 1953-cü il iyulun 29-da SSRİ Neft Sənayesi Nazirliyi tərəfindən təsis edilib.
Zavod əvvəllər Yeni Bakı neftayırma zavodu, “Azərneftyanacaq” İstehsalat Birliyi və “Azərneftyanacaq” NEZ adlandırılıb. 2004-cü ilin aprelin 22-dən etibarən ümummilli lider Heydər Əliyevin adını daşıyır.
Azərbaycan Respublikasının yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl müəssisə olan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda milyonlarla tondan artıq neft emal olunmuş, yeni qurğular tikilmiş, müasir texnologiya tətbiq edilmiş, müxtəlif növ neft məhsulları istehsal edilmişdir.
Heydər Əliyev adına NEZ Azərbaycan neftinin 24 çeşidindən 21-ni emal edərək 15 növ məhsul istehsal edir. Bu məhsullar benzin, aviasiya kerosini, dizel yanacağı, neft koksu və mazutdur. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Bundan əlavə, istehsal olunan neft məhsullarının 45%-i xarici ölkələrə ixrac edilir.
Zavodda 4 əsas qurğu mövcuddur: ED-AV-6 qurğusu, Katalitik riforminq qurğusu, Tədrici kokslaşma qurğusu və Katalitik krekinq qurğusu. Bu qurğular müvafiq olaraq, 1976-cı il, 1980-ci il, 1986-cı il və 1993-cü illərdə istismara verilib.
İllik məhsuldarlığı 2 milyon ton olan Katalitik krekinq qurğusu avtomobil benzininin yüksək oktanlı komponentlərinin istehsalına imkan yaradır. Bundan əlavə, qurğuda "Azərikimya" İB üçün məhsullar (texniki propan, texniki butan və quru qaz) və dizel yanacağı istehsalı üçün vacib sayılan yüngül fleqma, illik məhsuldarlığı 1 milyon ton olan Katalitik riforminq qurğusu A-92 markalı avtomobil benzininin istehsalında əsas komponentlərdən olan sabit platformat və tədrici kokslaşma qurğusunda isə eksport üçün koks, "Azərikimya" İB üçün quru qaz, kokslaşma benzini, kokslaşmanın yüngül və ağır qazoylu istehsal olunur.
NEZ-də, həmçinin hidrotəmizlənmiş dizel və benzin yanacağı istehsal edən qurğu, 400 min ton istehsal gücü olan yeni bitum qurğusu, hərəsi 2 milyon ton istehsal gücünə malik 2 ilkin emal qurğusu, illik məhsuldarlığı 790.000 ton olan və "AVRO-4" markalı dizel yanacağı, habelə müxtəlif markalı yağlar istehsal edən qurğudan ibarətdir.
2017-ci ilə kimi zavodda 300 milyon tondan artıq, 2019 və 2020-ci illərdə müvafiq olaraq, 6 və 5.9 milyon ton neft emal olunub. Lakin zavodun qurğularının köhnəlməsi və tələbatın artımı nəzərə alınaraq onun yenidən qurulması və modernizasiyasının həyata keçirilməsi haqqında qərar verilib.
NEZ-in istehsal gücünün artırılması, hazırkı xərclərin optimallaşdırılması, neft məhsullarının keyfiyyətinin "AVRO-5" standartına çatdırılması, eləcə də "Azərikimya" İB-in xammala olan tələbatının ödənilməsi məqsədilə zavodun yenidən qurulması və modernləşdirilməsi layihəsi mərhələli şəkildə icra edilib.
2018-ci ilin dekabrında layihənin birinci mərhələsi sona çataraq istehsal gücü illik 400 min ton olan yeni Bitum qurğusu istismara verillib və ölkənin bu sahədə tələbatı tam ödənilib. Bundan əlavə, maye neft qazı (LPG) doldurma məntəqəsi istifadəyə verilib. Birinci mərhələ bitdikdən sonra, "Azərkimya İB"-nin Buxar krekinq qurğusunun ilkin xammalla təchiz edilməsi üçün imkan yaranıb. Növbəti mərhələdə zavodun cari qurğularının yeni qurğularla əvəzlənməsi həyata keçirilib.
“Cebheinfo.az”