AZ

“Youtube” qaydaları sərtləşdirir

“YouTube” onlayn qumar saytlarını əhatə edən videolarla bağlı siyasətini daha da sərtləşdirəcəyini açıqlayıb. 

Valyuta.az xəbər verir ki, platforma təhlükəsizliyini artırmaq üçün qumar məzmunları ilə bağlı daha sərt addım atmaq qərarına gəlib. Açıqlamaya görə, artıq məzmun yaradıcıları “Google” tərəfindən rəsmi təsdiq almayıbsa, qumar saytlarından bəhs edilməsi belə qadağan ediləcək.

Rəsmi təsdiq almamış onlayn qumar saytlarının loqolarını və bağlantılarını videolara əlavə etmək də qadağan ediləcək. Yeni qaydaların 19 mart tarixindən qüvvəyə minəcəyi bildirilib. Bundan əlavə, yaş məhdudiyyəti tətbiq ediləcəyi də qeyd olunub. Belə ki, 18 yaşdan kiçik istifadəçilər onlayn qumarla bağlı videolara baxa bilməyəcəklər. Lakin bu məhdudiyyət idman mərcləri və fiziki kazinolarda qumar oynayan insanları əks etdirən videolara şamil edilməyəcək.

“YouTube” "qəti qazanmaq" vədi verən qumar məzmunlarının birbaşa silinə biləcəyini də açıqlayıb. Göründüyü kimi, “YouTube” qumar məzmunlarına qarşı sərt tədbirlər görməyə başlayıb. Şirkət bu qaydaların bəzi məzmun yaradıcılarını narazı salacağını qəbul etsə də, platformanın xüsusilə azyaşlı istifadəçiləri qorumaq üçün bu addımları atdığını bildirib.

Sərvanə Rəmixanova

Seçilən
10
valyuta.az

1Mənbələr