AZ

"Xalqımız milli məsələlərdə qətiyyətli birlik və həmrəylik nümayiş etdirir" - Tahir Budaqov

"Ölkə daxilində məzmun və keyfiyyətcə yeni inkişaf mərhələsindən bəhs edərkən ilk növbədə Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin milli maraqlara cavab verən, demokratik dəyərləri, qarşılıqlı hörmət və etimad prinsipini özündə ehtiva edən siyasətini ardıcıl islahatlarla dövrün tələblərinə uyğun zənginləşdirərək ölkəmizin Cənubi Qafqaz regionunda və daha geniş coğrafiyada nüfuzunu daha da artırmasını xüsusi vurğulamaq gərəkdir". SİA xəbər verir ki, bu sözləri “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbirdə Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

Onun sözlərinə görə, son bir il ərzində keçirilmiş prezident, parlament və bələdiyyə seçkiləri Azərbaycan xalqının Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasətinə birmənalı dəstəyinin növbəti təzahürü olmuşdur: "Bu gün xalqımız milli məsələlərdə qətiyyətli birlik və həmrəylik nümayiş etdirir, vahid yanaşma və prinsipial mövqe ortaya qoyur, milli təhlükəsizlik, ərazi bütövlüyü, konstitusiya quruluşu və suverenliyimizin qorunması məsələlərində dövlət başçısının siyasətinə mütləq dəstək göstərir.

Azərbaycanın bütün ərazisi üzərində suverenliyinin bərpası regionda ədalətli geosiyasi nizamın - yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşması, bütövlükdə sülh naminə etimad quruculuğunun həyata keçirilməsi baxımından da böyük önəmə malikdir.

Hər zaman sülh, sabitlik və inkişaf tərəfdarı kimi çıxış edən, öz əməli fəaliyyəti ilə Cənubi Qafqazın fəal dialoq və konstruktiv əməkdaşlıq məkanına çevrilməsində maraqlı olduğunu nümayiş etdirən Azərbaycan həyata keçirdiyi uzaqgörən siyasəti ilə, reallaşdırdığı transmilli layihələrlə qlobal təhlükəsizlik mühitinin formalaşmasına öz töhfələrini verməkdədir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində Avrasiyanın mühüm tranzit qovşağına çevrilən ölkəmizin təşəbbüsləri regionda səmərəli işbirliyinin qurulması baxımından bir çox dövlətlər üçün geniş ticari-iqtisadi imkanlar və parlaq perspektivlər yaradır".

Seçilən
19
sia.az

1Mənbələr