İsrailin xarici işlər naziri Gideon Saar İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, Saar HƏMAS-ın 59-dan çox əsiri azad etməyə hazır olması şərti ilə İsrailin atəşkəs razılaşmasının ikinci mərhələsinə keçməyə hazır olduğunu bildirib.
"Biz ikinci mərhələyə keçməyə hazırıq. Lakin daha çox əsirlərin azad edilməsi, müddətin uzadılması üçün bizə razılaşma lazımdır", - deyə o qeyd edib.
Saar İsrail mətbuatında yer alan “İsrail 10 günlük razılaşma müddəti təyin edib və ya münaqişəni yenidən başladacaq” xəbərlərinə də toxunub. O, “Əgər bunu etmək istəsək, edəcəyik” deyib.