Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə martın 5-i saat 10:00 radələrində Nizami rayonunun Neft Emalı Zavodu ərazisindən yanğın baş verməsi səbəbindən çağırış daxil olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinindən (TƏBİB) Xezerxeber.az-a verilən məlumata görə, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.