AZ

Bakıda tuneldə qorxulu vəziyyət: sütun "əriyib" - VİDEO

Bakının “Şamaxinka” adlanan ərazisində yerləşən tunelin sütunlarından biri uzun müddət yuxarıdan axan suyun təsirinə məruz qalıb və aşınıb. Nəticədə sütunun bir hissəsi uçub.

Ölkə.az xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Sürücülər bu vəziyyətin təhlükəli olduğunu vurğulayıblar.

Məsələ ilə bağlı  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu göndərdik. Qurumun mətbuat katibi Anar Nəcəfli bildirdi ki, həmin ərazidə heç bir təhlükə yoxdur:

"Üzlük daşların bir hissəsi qopub. Yerinə bərpa olunacaq".

Həmidə İbrahimova

Seçilən
15
1
olke.az

2Mənbələr