2025-ci ilin əvvəlində ABŞ-ın alyansda iştirakı olmadan NATO-nun mövcudluğunun davam etməsi barədə düşünməyin vaxtı çatıb...
Poliqon xəbər verir ki, bunu NATO-nun Avropadakı keçmiş komandanı Ceyms Stavridis Bloomberg agentliyinə yazdığı məqalədə bildirib.
"ABŞ-ın NATO-dan ayrılacağı təqdirdə dünyanın geosiyasi baxımdan necə görünəcəyi barədə düşünməyin vaxtıdır" deyən Stavridis son həftələrdə Vaşinqton və Avropadan gələn bölücü ritorikanı qeyd edib.
NATO-nun Avropadakı keçmiş komandirinin fikrincə, Amerikanın Alyansdan çıxarılması "epik ölçülərdə səhv" olardı, lakin bunun ciddi tərəfdarı olan nüfuzlu respublikaçı siyasətçilər var.
Bundan əvvəl ABŞ-ın Böyük Britaniya və ya Fransanın xeyrinə NATO-dakı liderliyindən imtina edə biləcəyi bildirilirdi. Avropadakı müttəfiq qüvvələrin komandanlığı indi Amerika generallarından Britaniya və ya Fransa generallarına keçə bilər, çünki ABŞ Avropanın təhlükəsizliyi üçün daha çox məsuliyyəti ABŞ-dan Avropa dövlətlərinin özlərinə keçirməyə çalışır.
Poliqon.info