AZ

Qəddafinin oğlu azadlığa buraxılıb? - Vəkilindən açıqlama

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafinin vəkili müvəkkilinin Livan həbsxanasından buraxılması ilə bağlı xəbərləri təkzib edib...

Poliqon xəbər verir ki, bu barədə Əl-Ərəbiyyə telekanalı məlumat yayıb.

Liviyanın şərqi hökumətinin Ədliyyə Nazirliyi martın 4-də "Facebook"da Livanda təxminən on ildir həbsdə olan Qəddafinin azad edilməsi ilə bağlı mesaj yerləşdirib və bir qədər sonra nazirliyin öz səhifəsindən silinib.

Vəkil Paul Romans Qəzzafinin hələ də Livanda həbsdə olduğunu bildirib. Təhlükəsizlik orqanlarındakı yüksək vəzifəli mənbə də bu məlumatı telekanala təsdiqləyib.

Bununla belə, Liviya hökuməti Hannibal Qəddafinin artıq həbsdən azad edildiyini, lakin Livanda qaldığını və yaxın günlərdə Liviya hakimiyyət orqanlarına təhvil veriləcəyini bildirib.

Hannibal Qəddafi 2015-ci ilin dekabrında Livan imamı və siyasi xadimi Musa əs-Sədrin yoxa çıxması ilə bağlı Livanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Qəddafinin özü Suriyadan qaçırılaraq qanunsuz olaraq Livana aparıldığını bəyan edib. O, həmçinin vurğulayıb ki, o, Sədrin yoxa çıxması barədə heç nə bilmir, çünki o vaxt onun cəmi 3 yaşı olub.

Poliqon.info

Seçilən
31
2
poliqon.info

3Mənbələr