AZ

Azərbaycan Cüdo Federasiyası ACF turuna start verir

Azərbaycan Cüdo Federasiyası (ACF) kişi cüdoçular arasında rəqabət səviyyəsinin yüksəldilməsi, onların ustalığının və yarış təcrübəsinin artırılması məqsədilə yeni ACF Turuna başlayır.

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

Növbəti belə yarış martın 6-da Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək. Turnirdə 40 klub və idman cəmiyyətindən 278 cüdoçu 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, cari ildə üç belə yarışın təşkili planlaşdırılır. Yekunda idmançıların reytinq siyahısı formalaşacaq.

Seçilən
38
4
report.az

7Mənbələr