AZ

Fariz Cəfərov: "Süni intellektin tətbiqinin genişlənməsi yeni ixtisasların yaranmasına səbəb olacaq"

Azərbaycanda süni intellektin tətbiq edildiyi sahələrin genişlənməsi gözlənilir.

Valyuta.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov 2024-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

F. Cəfərov süni intellektin dinamik inkişaf etdiyini vurğulayıb: “Artıq ölkədə bir sıra sektorlar süni intellekti tətbiq edir. Dünyada bu texnologiya səhiyyə sahəsində də geniş istifadə olunur. Məsələn, süni intellekt proqramları rentgen analizlərinin nəticələrini oxuya bilir”.

O əlavə edib ki, süni intellekt sürətlə inkişaf edən bir sahədir: “Texnologiyanın inkişafı iş yerlərinin azalmasına deyil, əksinə, artmasına səbəb olur. Süni intellektin arxasında böyük məlumat bazası dayanır və bu bazalar böyüdükcə həmin sahədə yeni ixtisaslar yaranır”.

©Report

Seçilən
14
2
valyuta.az

3Mənbələr