AZ

Rusiyada dəhşətli partlayış: Çoxsaylı yaralanan var

Krasnodar diyarının Beloreçensk şəhərində qaz partlayışı nəticəsində 43 nəfər xəsarət alıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb .

İdarədən verilən məlumata görə, hadisədən sonra 5-i uşaq olmaqla 25 nəfər müvəqqəti sığınacaqlara göndərilib.

Çökmə yerində 140 işçi və 38 texnika çalışır. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Krasnodar diyarının Beloreçensk rayonunun rəhbəri Sergey Sidorenko bildirib ki, yaralananlardan biri, 32 yaşlı kişi bədəninin 70%-i yanıb. O, reanimasiya şöbəsindədir. Daha bir qurban ombası sınığı ilə başqa xəstəxanaya aparılıb.

Hadisə martın 5-nə keçən gecə baş verib. Beşmərtəbəli yaşayış binasında məişət qazının partlaması baş verib, dördüncü və beşinci mərtəbələrdəki girişlərdən birinin tavanı uçub. Dağıntılar təmizlənərkən binadan sakinlər təxliyə edilib.

Seçilən
43
veteninfo.az

1Mənbələr