AZ

Avropa İttifaqının əsl erməni siması: yalan, vədlər və zəiflik

Bakı. Trend:

Tarix boyu neçə dəfə şahidi olmuşuq ki, hərəkətsizlik,açıq-aşkar həqiqətlərin ört-basdır edilməsi və hadisələri öz adıilə çağırmaq qorxusu fəlakətə gətirib çıxarır. Bu gün məzkurproseslərin hadisənin yeni bir mərhələsini izləyirik: dünya siyasielitaları reallıqla üzləşmək əvəzinə, onun üçün daha rahat olanformulları seçir.

Onlar üçün diplomatik ritorika söz oyunu və manipulyasiyaalətidir. Beynəlxalq diplomatiyada terminlər gələcək addımlarımüəyyənləşdirir.

Çünki istənilən münaqişə "ikitərəfli qarşıdurma" adlandırılankimi, bərabər əsaslarla danışıqlar üçün zəmin yaranır və bu,avtomatik olaraq kompromisi nəzərdə tutur.

Bəs işğalçı ilə işğala uğrayanın bir tutulması, tərəflərinikisindən də "qarşılıqlı güzəştlər"in tələb edilməsi nədeməkdir?

Diplomatik kazuistikanı və gəlişigözəl, amma mahiyyəti puçsözləri bir kənara qoysaq, bu, işğalçının cinayətlərini və qanlıəməllərini qanuniləşdirmək, onun işğal etdiyi ərazilər üzərindəhansısa "hüquq"unun və ya "haqqı"nın olmasını ən müxtəlif yollardanbiri ilə qismən olsa belə, tanımaq deməkdir.

Bu, onun cinayətlərini qanuniləşdirmək, ona qurbanlarınıntorpaqları üzərində hüquq tanımaq deməkdir. Bu, Qərbin başqahallarda sərhədlərin toxunulmazlığı prinsipini müdafiə etməsinəbaxmayaraq, bu prinsipi istədiyi vaxt ayaqlar altına atmasıdeməkdir.

Avropa İttifaqı (Aİ), Ermənistana ikinci, ölümcül olmayan yardımtədbiri ilə bağlı təklif təqdim edib. Bu təklif Avropa SülhFondundan maliyyələşəcək.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarıKaya Kallas bu yardımın əvvəlki tədbirə əsaslandığını bildirib.Təklif Aİ Şurasına gələn həftələrdə təqdim olunacaq.

2024-cü ildə Aİ Avropa Sülh Fondu çərçivəsində Ermənistana 10milyon avro məbləğində hərbi yardım ayırmışdı. Aİ-nin növbətiaddımı da Ermənistanın müdafiə qabiliyyətini artırmaq məqsədinidaşıyır.

Təbii ki, belə yardımlar yanlış və təhlükəli olmaqla yanaşı,regionda gərginliyi artırmağa səbəb ola bilər.

Rəsmi Bakı bəyan edib ki, sözügedən qərar birtərəfli və qərəzlisiyasətin təzahürüdür və regionda bölücü xətlər yaratmaq məqsədinigüdür.

Əslində, Azərbaycan bu riyakarlığı artıq yaşayıb. Bu cürdiplomatik manipulyasiya Azərbaycan üçün yeni deyil. 25 ildən çoxbir müddətdə beynəlxalq ictimaiyyət Qarabağın işğalını “ərazimübahisəsi”, yox, aqressiya kimi tanımaqdan çəkinirdi.

1992-ci ildə Ermənistan silahlı qüvvələri Rusiyanın dəstəyi iləQarabağı və ətraf rayonları işğal edəndə, beynəlxalq təşkilatlarneytrallıq göstərməyə çalışaraq, Azərbaycanı və Ermənistanımünaqişənin “tərəfləri” kimi təqdim etdilər.

BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi (822, 853, 874, 884)Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini açıq şəkildəqeyd edir və qoşunlarını oradan çıxarmağı tələb edirdi. Lakin busənədlər kağız üzərində qaldı. Xatırladaq ki, 1999-cu ildə NATOYuqoslaviyanı “humanitar müdaxilə” adı altında bombalayanda, Qərbbunu işğalçının cəzalandırılması ilə izah edirdi. Amma Ermənistanın30 illik işğalına gəldikdə, eyni mövqeyi sərgiləməkdənçəkinirdi.

Hətta Azərbaycanın 2020-ci ildəki 44 günlük müharibədəqələbəsindən sonra da Qərb eyni siyasəti davam etdirdi –Ermənistanın aqressiyasını legitimləşdirməyə çalışdı.

Müharibədən sonra Fransa Azərbaycana qarşı sanksiyalar tətbiqetməyi təklif etdi, amma 30 il ərzində Ermənistanı işğala görə heçvaxt sanksiyalarla təhdid etmədi. Avropa İttifaqı erməni silahlıqüvvələrinin Qarabağda qalmasını “erməni əhalisinin hüquqlarınınqorunması” adı altında müdafiə edirdi. Qərb siyasətçiləri, ocümlədən Emmanuel Makron, “Qarabağ ermənilərinin təhlükəsizliyi”niAzərbaycanın ərazi bütövlüyündən üstün tuturdu.

Rusiya Ukraynaya hücum edəndə Qərb sərhədlərintoxunulmazlığından danışırdı. Bəs niyə Ermənistan Azərbaycanın20%-ni işğal edəndə bu prinsip işləmirdi? Cavab sadədir: ÇünkiAzərbaycan Qərb üçün “rahat ölkə” deyil – o, müstəqil siyasətyürüdür.

Aİ beynəlxalq hüquq prinsipini məhv etdi. Azərbaycan 30 ilədalət tələb edəndə Qərb bunu “münaqişə” adlandırdı. İndi Ukraynaədalət tələb edir - Avropa İttifaqı eyni aləti işə salıb,məsuliyyəti yayındırır. Rusiyanın aqressor kimi tanınmamasıUkraynaya qarşı ilk xəyanət addımıdır - eynilə Ermənistanın“münaqişə tərəfi” kimi tanınması Azərbaycana qarşı xəyanət idi.

Əgər aqressiyanın qurbanı ədalət əldə etməsə, aqressorlar dahada cəsarətlənir. Qərb Ermənistanı müdafiə etdi – nəticə: 30 illikmüharibə. İndi Qərb Rusiyanı müdafiə edir – Ukraynanı nəgözləyir?

Dünya seçim etməlidir: O, güc prinsipini qoruyacaq, yoxsaədaləti?

Azərbaycan bu suala cavab verdi - o, öz ədalətini güc yolu iləəldə etdi.

Baş verənlər öz adı ilə çağırılmadıqda, bu, fəlakətli nəticələrəgətirib çıxarır. Beynəlxalq ictimaiyyət illərlə erməni işğalına gözyumdu və faktiki olaraq onu leqallaşdırdı, çünki“erməni-azərbaycanlı münaqişəsi” kimi rahat bir terminologiyaaqressorla qurban arasındakı aydın fərqi silirdi.

1996-cı ildə ATƏT-in Lissabon sammitində Ermənistan tam təcridvəziyyətində qaldı - beynəlxalq ictimaiyyət Azərbaycanın ərazibütövlüyünü tanıdı və yalnız İrəvan buna qarşı çıxdı. Bu, həqiqətanı idi -aqressora təzyiq göstərib onilliklərlə davam edən qantökülməsinin qarşısını almaq olardı. Lakin Qərb saxta neytrallıqyolunu seçdi.

Bu günsə Avropa İttifaqı yenə də Ermənistana üstünlük verir,onun aqressiyasını görməzdən gəlir.

Sözdə, kağız üzərində Avropa İttifaqı Ermənistan və Azərbaycanarasında münaqişənin dinc yolla həllinə sadiq olduğunu bəyan edir.Lakin əslində Brüssel ardıcıl olaraq açıq ermənipərəst mövqesərgiləyir, nə tarixi həqiqətləri, nə də beynəlxalq hüquqnormalarını nəzərə alır.

Aİ təkcə birtərəfli diplomatiya aparmır - o, faktiki olaraqErmənistanı maliyyələşdirir və siyasi cəhətdən müdafiə edir, 30 ilərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləriniişğal etmiş, Azərbaycan mədəni irsini məhv etmiş və Qarabağıazərbaycanlı əhalidən etnik təmizləməyə məruz qoymuş bir dövlətidəstəkləyir.

Aİ hansı konkret addımları atmaqla sülh prosesini pozur vəregionda geosiyasi ambisiyalarını gücləndirməyə çalışır?

Aİ Ermənistandakı müşahidə missiyasının (EUMA) mandatını uzadıbvə onu “eskalasiyanın qarşısını almaq üçün vasitə” kimi təqdimedir. Əslində isə bu missiya Brüssel və İrəvanın maraqlarına xidmətedən casus şəbəkəsindən başqa bir şey deyil.

Çünki...

Missiyanın BMT və ya ATƏT-in mandatı yoxdur, yəni beynəlxalqhüquq baxımından qeyri-legitimdir. Bu, yalnız Aİ-nin siyasitəşəbbüsüdür. EUMA yalnız Ermənistan ərazisində yerləşdirilib, buisə onu obyektiv missiya statusundan məhrum edir, çünki onun əsasməqsədi Azərbaycan hərbi fəaliyyətini izləməkdir, sülhə töhfəvermək deyil. Rəsmi olaraq missiya mülki müşahidəçilərdən ibarətolsa da, əslində onun tərkibində keçmiş hərbçilər və Avropa xüsusixidmət orqanlarının əməkdaşları var.

Xatırladaq ki, 2023-cü ilin iyununda Politico qəzeti yazdı ki,EUMA-nın “mülki” müşahidəçiləri arasında əvvəllər Balkanlar vəƏfqanıstanda xidmət etmiş keçmiş NATO zabitləri var. Elə həmin ilinsentyabrında Fransa missiyanın genişləndirilməsinə lobbiçilik etdiki, bu da Ermənistanla hərbi əməkdaşlığın gizli gücləndirilməsideməkdir. Oktyabr ayında isə Azərbaycanın müdafiə naziri ZakirHəsənov açıq şəkildə bəyan etdi ki, Avropa missiyası münaqişələrinqarşısını almır, əksinə, əlavə gərginlik yaradır.

Əslində, Aİ EUMA-dan informasiya toplamaq və regionudestabilizasiya etmək üçün alət kimi istifadə edir, Fransa vəAlmaniyanın Cənubi Qafqazda təsirini gücləndirmək üçünsülhməramlılıq adı altında maraqlarını irəli sürür.

Aİ Ermənistanı Avropa Sülh Fondu (EPF) vasitəsiləmaliyyələşdirir. Əvvəlcə bu fond yalnız Aİ üzvləri və tərəfdaşölkələrin müdafiə qabiliyyətini gücləndirmək üçün yaradılmışdı.Lakin Ermənistan məsələsində Brüssel bu fondu məğlub olmuş ölkəyəgizli hərbi yardım göstərmək üçün istifadə edir və beləliklə,revanşizmi stimullaşdırır.

Faktlara nəzər salaq. 2023-cü ilin iyununda Aİ Ermənistana 10milyon avro ayırdı ki, bu da EPF-in ilk dəfə Aİ və ya NATO-ya üzvolmayan bir ölkəyə tətbiq olunması idi. 2024-cü ilin yanvarındaİrəvan EPF vasitəsilə 40 milyon avro aldı, Brüssel bunu “sərhədtəhlükəsizliyini gücləndirmək üçün yardım” adlandırdı. 2024-cü ilinfevralında Aİ Ermənistana 270 milyon avroluq yeni yardım paketielan etdi ki, bunun bir hissəsi “müdafiə imkanlarının inkişafına”yönəldiləcək.

Bundan başqa, "Le Monde" qəzeti 2024-cü il yanvarın 14-də yazdıki, bu vəsaitin bir hissəsi Fransadan silah almaq üçün istifadəediləcək. "Eurasianet" isə bildirmişdi ki, Ermənistan Fransa iləzenit-raket komplekslərinin alınması üçün danışıqlar aparır ki, buda Aİ-nin “sülh missiyası” bəyanatları ilə ziddiyyət təşkiledir.

Başqa sözlə, Aİ 30 illik işğala görə heç bir məsuliyyətdaşımayan bir dövləti maliyyələşdirir. Azərbaycan müharibədən sonraöz ərazilərində bərpa işləri aparmaq üçün dəstək tələb etdiyihalda, Aİ Ermənistanın hərbiləşdirilməsinə sərmayə qoyur və bu,İrəvandakı revanşist qüvvələrə yeni aqressiya ümidini artırır.

Aİ-nin humanitar yardımı yalnız ermənilərə: dağıdılmışAzərbaycan şəhərlərinə laqeydlik

Avropa İttifaqı genişmiqyaslı humanitar resurslar ayırır, lakinbu yardımlar yalnız ermənilərə yönəldilir.

Unutmayaq ki, 2023-cü ilin sentyabrında Aİ Qarabağı tərk etmişermənilər üçün Ermənistana 15 milyon avro humanitar yardım ayırdı.Həmin ilin noyabrında Brüssel bu məbləği 25 milyon avroya qədərartırdı, halbuki ermənilərin böyük əksəriyyəti Qarabağı könüllütərk etmişdi və Azərbaycan heç bir məcburi deportasiya həyatakeçirməmişdi. 30 illik işğal dövründə Ermənistan ordusu tərəfindəntamamilə dağıdılmış Azərbaycan rayonlarının bərpasına Aİ bir avrobelə ayırmayıb.

Və...

2021-ci ildə Dünya Bankı Qarabağın işğal nəticəsində dəymişzərərini 50 milyard dollardan çox qiymətləndirdi. Lakin nə Aİ, nədə Qərb fondları Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam və digərtamamilə viran edilmiş şəhərlərin bərpası üçün hər hansı maliyyəyardımı təklif etdi.

2023-cü ildə France24 telekanalı Qarabağdan çıxan erməniqaçqınlarla bağlı reportaj yayımladı, lakin 1990-cı illərdəErmənistan tərəfindən etnik təmizləməyə məruz qalmış 700 minazərbaycanlı qaçqın tamamilə gözardı edildi.

Bu siyasət Qərbin ikili standartlarının bariz nümunəsidir. Birqrupun hüquqları ön plana çıxarılır, digərinin əziyyətləri isətamamilə unudulur.

Aİ sülh prosesində faktiki olaraq kənarda qalıb, lakin indiBakıya birtərəfli "etimad tədbirləri" tətbiq etməyə çalışır. Beləki, sərhəd xəttindən qoşunların geri çəkilməsi – lakin nədənsə butələb yalnız Azərbaycana aiddir.

Silahlanmaya nəzarət – yenə də təkcə Azərbaycan üçün.

Gərginliyin azaldılması üçün "isti xətlər" – halbuki probleminkökü Ermənistanın indiyə qədər Azərbaycanın ərazi bütövlüyünü rəsmişəkildə tanımamasında dayanır.

Bu absurddur. Təkcə məntiqsiz deyil, həm də bütün sülh prosesinəzərbə vurur.

Aİ Cənubi Qafqazda ədalətli vasitəçi olmaq hüququnu itirdi.
Brüssel təkcə Ermənistanı dəstəkləmir, həm də Azərbaycanınsuverenliyini sarsıtmağa çalışır.
Ermənistana maliyyə, hərbi və siyasi dəstək göstərmək sülhtəşəbbüsü deyil, təxribatdır.

Azərbaycan artıq sübut etdi ki, Aİ-nin köməyinə ehtiyac duymur.Bakı öz ərazi bütövlüyünü Qərbin dəstəyi olmadan bərpa etdi və indiAvropa yalnız müşahidə edə bilər ki, onların ermənipərəst siyasətinecə iflasa uğrayır.

Sülh yalnız aqressor öz günahını qəbul etdikdə mümkündür, onuncinayətləri diplomatik formulalarla ört-basdır edildikdə deyil.Qərb vaxtilə Ermənistanı aqressor adlandırmaqdan imtina etdi -bunun nəticəsi Azərbaycanın 30 illik işğala məruz qalması oldu.

Öz yolumuzu seçmişik.

Qərbdən ədalət gözləmir, kənardan mərhəmət ummur, sadəcə hərəkətedirik. Öz torpaqlarımızı azad etdik, sərhədlərimizi bərpa etdik,indisə danışıqları öz şərtlərimizlə aparırıq.

Özünü və müstəqilliyini qorumaq istəyən hər bir ölkə məhz belədavranmalıdır.

Seçilən
31
4
az.trend.az

5Mənbələr